28 Noyabr 20:48
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə parlament binasının və hakim “Gürcü Arzusu” partiyasının baş ofisinin qarşısında etirazçılar toplaşır.

Teleqraf.com xəbər verir ki, onlar Gürcüstan hökumətinin 2028-ci ilədək Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırmaq barədə qərarına etiraz edirlər.

Batumi və Kutaisi şəhərlərində, regionlarda da etirazçılar küçələrə axışıb.

Hökumətin qərarından sonra prezident Salome Zurabişvili müxalifət və diplomatik korpusun nümayəndələri ilə görüşlər keçirib. Dövlət başçısının yaxın dəqiqələrdə xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər