Almaniya hökuməti öz vətəndaşlarını aldadır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Almaniya hökumətinin uzun müddətdir öz vətəndaşlarını aldatdığı məlumdur. Məsələn, qaz məsələsində. Rusiya qazından nümayişkaranə şəkildə rəsmi Berlinin özü imtina edib, indi isə Almaniya Kansleri Olaf Şolts iddia edir ki, guya qaz tədarük etmək istəməyən Moskvadır” - deyə diplomat qeyd edib.
Zaxarova Berlinin bu iddiasının həqiqəti əks etdirmədiyini vurğulayıb.