Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbeqi” gömrük-keçid məntəqəsi qeyri-sabit hava şəraitinə görə müvəqqəti bağlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Gəlirlər Xidməti məlumat yayıb.
Məlumata əsasən, Dəryal vadisində mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar yaranmış fövqəladə vəziyyət səbəbindən “Kazbeqi” məntəqəsində bütün gömrük nəzarəti prosedurları — malların ixracı və idxalı, fiziki şəxslərin sərhəddən keçməsi dayandırılıb.
Qeyd olunub ki, hava şəraitinin yaxşılaşmasından sonra “Kazbeqi” gömrük-keçid məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, “Kazbeqi” gömrük-keçid məntəqəsi Gürcüstan və Rusiya arasında fəaliyyət göstərən yeganə quru sərhəd qapısıdır. Bu məntəqənin normal fəaliyyəti Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Rusiya ilə birləşdirən (Gürcüstan üzərindən) yeganə quru yol bu məntəqədən keçir.