Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Robert Koçaryanı (1998-2008) və Ermənistan ordusunun sabiq baş qərargah rəisi, KTMT-nin keçmiş baş katibi, eləcə də İrəvan qarnizonunun keçmiş rəisi Yuri Xaçaturovu vəzifə səlahiyyətlərini aşmaqda və səhlənkarlığa görə ağır nəticələrə səbəb olmaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Söhbət 2008-ci il martın 1-də İrəvanda 10 nəfərin öldüyü və yüzlərlə insanın yaralandığı toqquşmadan gedir.
Keçmiş prezident və paytaxt qarnizonunun keçmiş rəisi aksiyaçılara qarşı aşırı güc tətbiq etməkdə ittiham olunurlar. Onlara qarşı "konstitusiya quruluşunu devirmək" ittihamı irəli sürülüb, lakin Ermənistan Konstitusiya Məhkəməsi 2021-ci ildə bu qərarın Konstitusiyaya zidd olduğunu bildirib.
Bu ilin sentyabrında Ermənistan Kassasiya Məhkəməsi bu cinayət işinin ölkənin Cinayət Məcəlləsinin müxtəlif maddələri əsasında davam etdirilməsi barədə qərar qəbul edib.
Sabiq prezidentin jurnalistlərə açıqlamasında bu məhkəmə prosesini "ədalətə qarşı zorakılıq" kimi qiymətləndirdiyini bildirib.