15:58
254
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İsraillə birbaşa münaqişəyə can atmır, amma yəhudi dövlətinin bütün təhdidlərinə cavab verməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“İran döyüşməyə, hətta irimiqyaslı müharibəyə də hazırdır, amma bunu istəmirik”, - nazir belə qeyd edib.

Əraqçi vurğulayıb ki, Yaxın Şərqdəki münaqişələrin həllində məsuliyyət ilk növbədə ABŞ-ın üzərinə düşür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər