14:33
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada Rusiyanın “Oreşnik” raketlərinin analoqu yoxdur və tezliklə də olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri KTMT Astana sammitində Rusiya Prezidenti Vladimir Putin deyib.

O, sözügedən raketlərin kütləvi istehsalına başlanıldığını açıqlayıb.

Prezident Putinin çıxışından diqqətçəkən məqamlar:

- Rusiya Federasiyası həmişə düşmən hücumlarına cavab verəcək.

- Bu gecə Rusiya Federasiyası 90 raket və 100 pilotsuz təyyarə ilə Ukrayna ərazisindəki hərbi obyektlərə zərbələr endirib.

- Rusiya əsgərləri öz ölkələrinin və uşaqlarının gələcəyi üçün döyüşür.

- Kiyevə heç bir dəstək döyüş meydanındakı vəziyyəti dəyişməyəcək.

- Kiyev liderləri indi tamamilə qeyri-legitimdir, onlar qəsbkardırlar və hətta orduya əmr vermək hüququna malik deyillər.

- Kiyev dəfələrlə Moskva və Sankt-Peterburqdakı hədəflərə hücum etməyə cəhd edib

- Rusiya Federasiyası düşmənin hərəkətlərinə cavab olaraq “Oreşnik”in döyüş sınaqlarını davam etdirəcək. Rusiya Federasiyasında “Oreşnik”ə bənzər daha bir neçə istifadəyə hazır sistem var

- Kiyevdəki qərar qəbuletmə mərkəzləri “Oreşnik”in hədəfinə çevrilə bilər.

- “Oreşnik”dən kütləvi şəkildə istifadə olunarsa, zərbənin gücü nüvə silahı ilə müqayisə edilə bilər.

- Ən yeni hipersəs zərbə raket sistemi “Oreşnik” dərinliklərdə yerləşən və yaxşı qorunan obyektləri vurmağa qadirdir.

- Rusiya hər zaman düşmənin zərbələrinə cavab verəcək.

- Rusiya NATO ölkələrinin ümumi sayından 10 dəfə çox raket istehsal edir.

- “İskəndər” ATACMS-in hər üç modifikasiyasının analoqudur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər