Fransızların üçdə ikisi (63 faiz) hökumətə etimad göstərilməyəcəyi təqdirdə, Fransa Prezidenti Emmanuel Makron istefa verə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Sorğuya görə, “Milli Birlik”ə daxil olan partiyalar, eləcə də solçu “Yeni Xalq Cəbhəsi” Alyansı Makronun istefasının tərəfdarıdır.
Fransa liderinin mümkün istefası həm də “Respublika” Partiyasının bir hissəsi və Makronun siyasi dayağı sayılan “Renessans” Partiyasının daxil olduğu “Respublika Naminə Birlikdə” Alyansının elektoratı tərəfindən də düzgün addım hesab olunur.
Mənbə qeyd edir ki, fransızlar hökumətə etimad göstərməsələr, məsuliyyət Makronun üzərinə düşəcək.
Gələn ilin büdcə müzakirələri kontekstində Baş nazir Mişel Barnyenin kabinetinə etimadsızlıq məsələsi aktiv müzakirə mövzusuna çevrilib. Barnyenin kabinetinin qalmaqallı büdcə layihəsini qəbul etmək üçün Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə edəcəyi gözlənili. Həmin maddə büdcənin parlamentdən yan keçərək qəbul edilməsinə imkan verir. Bu, parlamentdə kəskin tənqidlərə səbəb olub, deputatlar hökumətə etimadsızlıq prosesinə başlamağa hazırlaşırlar.