Almaniya Kansleri Olaf Şolts Kiyevə səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Almaniya kansleri 2.5 ildən sonra ilk dəfədir Ukraynaya gəlir.
Şolts səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.
Almaniya liderinin Kiyevə yeni yardım paketi ilə gəldiyi bildirilir.