11:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz heç kimə xarici müdaxilə yolu ilə müstəqilliyimizə və suverenliyimizə xələl gətirmək imkanı verməyəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze yeni hökumətin ilk iclasında deyib.

Onun sözlərinə görə, Gürcüstanda “Maydan” olmayıb və heç vaxt da olmayacaq.

“Son dörd ildə biz üç inqilab prosesi müşahidə etdik və təəssüf ki, onların hamısı xarici fondların hesabına maliyyələşirdi. Bu, bizim ölkəyə qarşı düzgün yanaşma deyil”, - İ.Kobaxidze söyləyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər