13:04
240
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ə köçən tele-aparıcı Qənirə Ataşova müğənni Xatirə İslamın bacısı Günel Əzizova ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Qənirə Ataşova sosial media hesabında bu sözləri yazıb:

"Azərbaycanda tibb sahəsində necə “yaradıcı” yollarla həkim titulunun paylandığı və şou-biznesin bu prosesdəki “qeyri-rəsmi rolu” haqqında danışmaq istəyirəm. Burada həm ciddi bir məsələni qabardacağam, həm də bir az sarkazmla məsələyə işıq tutacağam. Başlayaq özünü “həkim” kimi təqdim edən Günel Əzizovadan.

Xatırladım ki, Günel xanım sosial şəbəkələrdə pasiyentlərini qəbul edərkən onların video görüntülərini yayımlayır, üstəlik, müayinə zamanı deontoloğiya elminə əməl etməyərək onları sözlə əzirdi…

Bir az araşdırmadan sonra məlum oldu ki, Günel xanımın tibb təhsili yoxdur. Amma bu, onun əməliyyatlar aparmasına, ginekoloji prosedurlar həyata keçirməsinə mane olmayıb. Əksinə, o, özünə o qədər güvənir ki, hətta bəzən əməliyyatlara başçılıq edib. Amma heç bir sənəddə adı keçmir.

Belə görünür ki, Azərbaycanın bəzi özəl klinikaları üçün əsas məsələ tibbi təhsil yox, “yaradıcılıq” bacarığıdır. Ən maraqlı məqam isə Günel Əzizovanın məşhur bacısıdır – Azərbaycanın şou-biznes ulduzu Xatirə İslam.

Xatirə xanımın təsiri ilə Günel Əzizova bir zamanlar tibb müəssisələrində Mirezim Zaidov adlı həkimin köməkçisi kimi işə başlayıb. Onun bu yolda "karyerası" maraqlı xətt üzrə inkişaf edib. Əvvəlcə ginekoloji şöbədə işləyib. Daha sonra tibb sahəsində kosmetoloji inyeksiyaları ilə davam edir. Və son mərhələdə isə tamamilə ginekoloq roluna girib. Bu sahədə əməliyyatlar aparmağa başlayıb.

Maraqlıdır ki, bu məsələlərdə bəzi klinikaların rəhbərliyi heç bir tədbir görmür. Görünür, TikTok və digər sosial media platformaları artıq tibbi peşəkarlıqdan daha üstün tutulur. Əgər həkimlərimiz bu cür səviyyələrə düşəcəksə, gələcəyimizə necə ümidlə baxa bilərik? Sonda deyim ki, məqsədim kimisə incitmək yox, cəmiyyətimizi maarifləndirməkdir. Həkimlərimizdən isə bir ricam var: TikTok səviyyəsinə düşməyin. Çünki bu səviyyə nə sizə yaraşır, nə də Azərbaycan səhiyyəsinə".

Aparıcı onu da deyib ki, Günel Əzizova ixtisasını düzgün açıqladığı halda onu dəstəkləyəcək: "Sizə bir çağırışım var. Əgər sosial media hesabınızdan adınızın qarşısından "doktor" sözünü götürüb, malik olduğunuz diploma uyğun ixtisasınızı qeyd etsəniz, məsələn, tibb bacısı, bloger, marketoloq, sizi dəstəkləyəcəm!"


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər