“ABŞ-dakı səfirimiz David Zalkalianinin istefa verməsi təəssüf doğurur. O, böyük təzyiq altında idi”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
O, səfirin qərarına hörmətlə yanaşdığını bildirib.
Qeyd edək ki, ötən gün Gürcüstan mediası D.Zalkalianinin istefası barədə məlumatlar yaymışdı. O, 2018-2021-ci illərdə Gürcüstanın xarici işlər naziri olub, ABŞ-dakı səfir vəzifəsinə 2021-ci ildə təyinat almışdı.