Rusiya ordusu Ukraynanın şərq vilayətlərində bir sıra yaşayış məntəqələri ətrafında mövqeləri ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə cəbhədəki vəziyyəti izləyən Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.
Müşahidəçilər deyirlər ki, ruslar son sutka ərzində Donbasda 4 yaşayış məntəqəsinə yaxınlaşıblar. Söhbət Donetsk vilayətinin Novı Komar və Kuraxiv, eləcə də Xarkovun Berestovo kəndlərindən gedir.
Rus qoşunları Kursk vilayətinin (Rusiya) Ukrayna ordusunun nəzarətində olan Poqrebki kəndi istiqamətində də irəliləyərək, ətrafda mövqelərini gücləndirib.