ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Suriyada qoşunlar üçün təhlükə yaradan silah sistemlərini məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
Açıqlamada deyilir ki, vurulanlar arasında üç yük maşınına quraşdırılmış raketatan qurğular, bir "T-64" tankı, bir zirehli personal daşıyıcısı və minaatanlar var.
Zərbələrin özünümüdafiə məqsədilə endirildiyi, ilk atəşin qarşı tərəfdən açıldığı bildirilir.