29 Dekabr 2024 18:06
1 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynanın NATO-ya üzvlüyünü 20 il müddətinə təxirə salmaq və orada Avropa İttifaqı və Britaniya sülhməramlılarından ibarət kontingentin yerləşdirilməsi təklifləri Rusiyanı qane etmir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Çoxsaylı sızmalara və Donald Trampın dekabrın 12-də “Time” jurnalına verdiyi müsahibəyə əsasən, təmas xətti boyunca hərbi əməliyyatları dondurmaqdan və Rusiya ilə qarşıdurma üçün əlavə məsuliyyətin avropalılara verilməsindən danışılır. Ukraynanın NATO-ya üzvlüyünün 20 il müddətinə təxirə salınması, eləcə də Ukraynaya Britaniya və Avropanın sülhməramlı kontingentinin yeridilməsi ilə bağlı seçilmiş prezidentin komandasının nümayəndələri adından irəli sürülən təkliflər, əlbəttə, bizi qane etmir”, - nazir vurğulayıb.

Lavrov əlavə edib ki, Moskva sülhlə bağlı ABŞ-dan heç bir rəsmi siqnal almayıb:

“Donald Trampın andiçmə tarixi olan yanvarın 20-dək o, seçilmiş prezident statusunda olacaq, hazırda bütün sahələrdə siyasətləri hazırkı Prezident Co Bayden və administrasiyası müəyyən edir. Hələlik yalnız sonuncunun ABŞ adından Rusiya ilə əlaqə saxlamaq icazəsi var. Bu, vaxtaşırı baş verir, mütəmadi olaraq məlumat mübadiləsi edirik, amma belə təmaslarda Ukrayna ilə bağlı danışıqlardan söhbət getmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər