Ukraynada əsirlikdə olan Rusiya hərbçilərinin demək olar ki, hamısı işgəncələrə məruz qalıb.
Teleqraf.com bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) 2024-cü ilin sentyabr-noyabr aylarında respublikadakı vəziyyətlə bağlı hesabatında məlumat verilib.
“Hesabat dövründə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Lvovda bu yaxınlarda açılmış düşərgə də daxil olmaqla, Ukrayna həbsxanalarında olan 25 rusiyalı hərbi əsirdən müsahibə alıb. Biri istisna olmaqla, hamısı 2024-cü ildə əsirlikdə olduqları müddətdə bir və ya bir neçə dəfə işgəncə və ya pis rəftara məruz qaldıqlarını bildiriblər”, - hesabatda deyilir.