1 Yanvar 16:26
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İsrailin Qəzzadakı xəstəxanalara hücumları ilə bağlı hesabatı həqiqəti əks etdirmir.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Daniel Meron bildirib.

Məsələ ilə bağlı "X" hesabında paylaşım edən Meron, sözügedən sənədi cəfəngiyyat adlandırıb.

23 səhifəlik hesabatda bildirilib ki, Qəzzada səhiyyə sisteminin dağıdılması və bu hücumlarda xəstələrin, işçilərin və digər mülki şəxslərin öldürülməsi beynəlxalq humanitar və insan haqları qanunlarına məhəl qoyulmamasının birbaşa nəticəsidir.

Meron isə cavabında İsrailin beynəlxalq hüquqa uyğun şəkildə fəaliyyət göstərdiyini vurğulayıb və HƏMAS-ı terror əməllərinin təşkilində Qəzza xəstəxanalarından istifadə etməkdə günahlandırıb.

Onun sözlərinə görə, qruplaşma döyüşçülərini məhz həmin xəstəxanalarda gizlədir.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər