1 Yanvar 01:56
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Polşanın Avropa İttifaqına ( Aİ) sədrliyinin əsas prioriteti ABŞ ilə əməkdaşlıq olacaq".

Teleqraf.com xəbər verir ki, bu barədə respublika prezidenti Anjey Duda Yeni il müraciətində deyib.

“Biz bilirik ki, ABŞ-ın iştirakı olmadan təhlükəsiz Avropa yoxdur. Ona görə də Polşanın yanvarın 1-dən başlayacaq Avropa İttifaqına sədrliyinin birinci prioriteti Avropa İttifaqı ilə ABŞ arasında əməkdaşlığı gücləndirməkdir”, - Duda bildirib.

Dövlət başçısı qeyd edib ki, prezidentliyi dövründə Polşa-Amerika münasibətləri yaxşılaşıb. Duda bu tendensiyanın növbəti bir neçə ay ərzində davam edəcəyinə ümid etdiyini deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər