1 Yanvar 17:57
2 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyanın baş naziri Robert Fitso Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması ilə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Fitsonun fikrincə, bu qərar Rusiyaya yox, Aİ ölkələrinə ciddi təsir edəcək.

Baş nazir qeyd edib ki, nəticədə qiymətlər sürətlə artacaq və bu baxımdan 2025-2026-cı illərdə Aİ üçün ümumi itki 120 milyard avro olacaq.

Fitso buna cavab olaraq, Ukraynanı Kiyevə elektrik enerjisinin nəqlinin dayandırılması ilə hədələyib.

"Qazprom"dan tədarükün dayandırılması fonunda Slovakiya qaz enerji sisteminin ən böyük operatoru olan SPP şirkəti də Almaniya və Macarıstandan alternativ marşrutlar vasitəsilə müştərilərə qaz tədarük etmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti Moskva vaxtı ilə bugün səhər saat 8-dən etibarən tamamilə dayandırılıb.

Buna səbəb, Ukrayna tərəfinin Rusiya qazının öz ərazisindən Avropaya tranzitinə dair sazişin müddətini uzatmaqdan imtina etməsi olub.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər