1 Yanvar 16:13
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və "Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların yeni raundunun vaxtı müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi məlumat verib.

Onun sözlərinə görə İranla "Avropa üçlüyü" (Böyük Britaniya, Almaniya və Fransa) arasındakı danışıqlar yanvarın 13-də Cenevrədə baş tutacaq.

Kazem Qaribabadi bildirib ki, hazırda Avropa ölkələri və İran arasında baş verənləri tam mənada danışıqlar adlandırmaq olmaz, "bu, daha çox məsləhətləşmələrdir".

O, danışıqlarda iştirak edəcək İran nümayəndə heyətinin tərkibi barədə məlumat verməyib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər