1 Yanvar 18:27
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Yeni Orlean şəhərində 10 nəfərin ölümünə səbəb olan avtomobilin sürücüsü polis tərəfindən güllələnərək öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

“O, avtomobilindən tapança ilə çıxarkən polis tərəfindən güllələnərək öldürülüb”, - məlumatda deyilir.

Bundan başqa hadisə baş verən ərazidə partlayıcı qurğu tapılıb.

FTB-nin Yeni Orleandakı ofisində məsul xüsusi agentin köməkçisi Alethea Duncan bildirib ki, hadisə yerində ən azı bir şübhəli əldəqayırma partlayıcı qurğu aşkar edilib.

Şahidlərin kanala verdiyi məlumata görə, səhər tezdən saat 3:15-də yük maşını yüksək sürətlə Burbon küçəsində izdihamın üzərinə sürüb, bundan sonra sürücü maşından düşüb ətrafdakılara atəş açmağa başlayıb.

Burbon küçəsi hazırda bağlıdır. Yaralılar şəhərin 5 xəstəxanasına yerləşdirilib.


Müəllif: Arzu

Oxşar xəbərlər