Türkiyənin İstanbul şəhərində Fələstinə həmrəylik aksiyası keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
2025-ci ilin ilk günündə on minlərlə insan səhər namazı üçün Ayasofyada bir araya gəlib. Namaz qılındıqdan sonra fəallar İsrailin Qəzzada apardığı müharibəyə etiraz əlaməti olaraq, “Dünən Ayasofya, bu gün Əməvi, sabah Əl-Əqsa" tipli şüarlar səsləndirərək böyük yürüşə başlayıblar.
Vəziyyətlə əlaqədar polis şəhərin tarixi hissəsindəki küçələri nəqliyyatın hərəkəti üçün bağlayıb.
Aksiyanın keçirildiyi bölgədə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.