Qəzzada İsrail-HƏMAS müharibəsi nəticəsində həlak olanların sayı artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Qeyd olunub ki, son sutkadakı itkilərdən sonra müharibə qurbanlarının sayı 45553 nəfərə çatıb.
Yaralı sayı isə 108.379 nəfər təşkil edir.
İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlar zamanı Bureyc və Cəbəliyə qaçqın düşərgələrində 20-dən çox insan həlak olub.