Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində avtomobil idarəetməni itirərək ərazidə dayanan bir neçə nəqliyyat vasitəsinə çırpılıb.
Bu barədə qəzadan zərərçəkən sürücü məlumat verib.
Həmin şəxs bildirib ki, sürücü idarəetməni itirib və avtomobili zərblə bir neçə maşınla toqquşdurub. Sonra isə avtomobili 33-cü polis bölməsinin divarına çırpıb.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qəzanın baş verməsinə ilkin ehtimal sürücünün idarəetməni itirməsidir. Məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.//Report