1 Yanvar 09:52
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazprom” şirkəti Ukrayna vasitəsilə Avropaya qaz nəqlini dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Buna səbəb kimi, Ukrayna tərəfinin Rusiya qazının öz ərazisindən Avropaya tranzitinə dair sazişin müddətini uzatmaqdan imtina etməsi göstərilib.

"Holdinq Ukrayna vasitəsilə resursları tədarük etmək üçün texniki və hüquqi imkanlardan məhrumdur və bu səbəbdən 1 yanvar Moskva vaxtı ilə saat 08:00-dən etibarən Rusiya qazının nəqli dayandırılıb", - deyə şirkətin açıqlamasında bildirilib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər