1 Yanvar 00:28
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya Ukrayna ərazisindən qaz tranzitinin dayandırılmasına hazırdır, ölkənin qaz anbarları tam doludur.

Teleqraf.com “Pravda” xəbər portalına istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova bildirib.

“Biz uzun müddətdir ki, Slovakiya və Ukrayna hökumətlərinin birgə iclaslarında qazın Ukrayna ərazisindən tranziti ilə bağlı danışıqlar aparırıq. Rusiya tərəfi ilə də danışıqlar aparılıb. Müzakirə etdiyimiz bir çox alternativ var. Ukrayna isə Slovakiyaya da zərər verəcək birtərəfli addım atmağa qərar verdi. Eyni zamanda, mən Slovakiyanın bütün sakinlərini və bütün şirkətlərini əmin etmək istəyirəm ki, biz bu ssenariyə hazırıq. Slovakiya qaz çatışmazlığı ilə üzləşməyəcək”, - nazir vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər