1 Yanvar 11:50
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrədə burka və niqab geyinməklə bağlı qadağa qüvvəyə minib.

Teleqraf.com xəbər verir ki, qanuna əməl etməyənlər 110,2 dollardan 1102 dollara (1000 İsveçrə frankı) qədər cərimə olunacaqlar.

Qadağaya görə, ictimai yerlərdə sifətin tam örtülməsinə qanunla icazə verilməyəcək.

İsveçrə prezident məhdudiyyətin bu ölkədə yaşayan 400 min müsəlmanın yalnız kiçik bir hissəsinə təsir edəcəyini bildirib.

Xatırladaq ki, İsveçrə əhalisi bu təşəbbüsə 2021-ci ilin martında referendumda səs verib. Həmin vaxt sorğu iştirakçılarının 51,2%-i qadağanı dəstəkləyib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər