Bolqarıstan və Rumıniya 2025-ci il yanvarın 1-dən Şengen zonasına tam daxil olublar.
Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
2024-cü ilin martında ölkələrlə quru sərhədlərində viza nəzarətinin qaldırıldığı, hava və dəniz nəqliyyatında ləğv edildiyi dəqiqləşdirilir.
Xatırladaq ki, 2007-ci ildə Avropa Birliyinə qoşulan Rumıniya və Bolqarıstan hələ 2011-ci ildə Şengen zonasına qoşulmaq istəyirdi, lakin Avstriya və Hollandiya səmərəli fəaliyyət göstərə bilməyəcəkləri qorxusu ilə onların müraciətlərinə baxılmasına mane oldular.