Estoniyanın keçmiş prezidenti Arnold Rüütel 96 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Postimees" qəzeti məlumat yayıb.
Ruutelin dekabrın 31-i axşam saatlarında paytaxt Tallində dünyasını dəyişdiyi qeyd olunub.
Bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan sabiq dövlət başçısının həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünün səbəbi açıqlanmayıb. Xatırladaq ki, Arnold Rüütel 2001-2006-cı illərdə Estoniya prezidenti vəzifəsində çalışıb.