1 Yanvar 01:42
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya polisi "Eagle S" neft tankerinin yeddi ekipaj üzvünə cinayət törətməkdə şübhəli bilindiyini bildirib və onlara ölkədən çıxmağı qadağan edib.

Teleqraf.com xbər verir ki, bu barədə Finlandiyanın hüquq-mühafizə orqanlarının press-relizində məlumat verilib.

Milli Təhqiqat Bürosunun baş müfəttişi Elina Katajamäki bildirib ki, polis ilkin istintaqın təhlükəsizliyini təmin etməyə çalışır. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin fikrincə ekipaj üzvlərinin ölkədən çıxmaması barədə qadağan o qədər də sərt cəza deyil.

Xatırladaq ki, dekabrın 25-də Estoniya və Finlandiya arasında Estlink 2 elektrik kabeli Baltik dənizində sıradan çıxıb.


Müəllif: Arzu

Oxşar xəbərlər