Cəlilabadda azyaşlı
pirotexniki vasitədən ağır xəsarət alıb.
Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, Cəlilabad rayon sakini, 7 yaşlı Ş. Aslanov pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.
O, dərhal rayon xəstəxanasına çatdırılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.