31 Dekabr 2024 23:15
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Kiyev şəhər hərbi administrasiyasına yeni rəhbər təyin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

“Zelenski Sergey Popkonu vəzifəsindən azad edib, onun yerinə isə sentyabr ayından Ukraynanın İcma və Ərazilərin İnkişafı nazirinin müavini vəzifəsində işləyən Timur Tkaçenko təyin edib”, - məlumatda deyilir.

Qeyd olunur ki , Tkaçenko həm də Ukrpoştanın müşahidə şurasının hazırkı üzvü və Kiyevin Ərazi Nəzarəti Departamentinin keçmiş direktorudur.


Müəllif: Arzu

Oxşar xəbərlər