1 Yanvar 01:37
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris arasında münasibətlər pisləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yaydığı məqalədə bildirib.

Nəşr Bayden və Harris arasında münasibətlər pisləşməsinə səbəb olaraq Donald Trampın seçkilərdə qalib gəlməsi olduğunu qeyd edib.

Nəşrin məlumatına görə, builki seçki kampaniyasının son bir neçə həftəsi ərzində vitse-prezidentin komandası Amerika liderinin ictimaiyyət qarşısında çıxışlarından məyus olub. Siyasətçi oktyabrın əvvəlində Ağ Evin brifinq zalında sürpriz bir çıxış etdi və sonra Tramp tərəfdarlarını “zibil” adlandıraraq manşetlərə çıxdı.

Məqalədə deyilir ki, Ağ Ev işçiləri son bir neçə həftə ərzində iş mühitini “yorucu” və “depressiv” adlandırıblar.


Müəllif: Arzu

Oxşar xəbərlər