Əfqanıstan İslam Əmirliyinin ali rəhbəri Həybətullah Axundzadə öz fərmanı ilə qadınların görünməməsi üçün yeni ev layihəsini təsdiq edib.
Teleqraf.com "Tolo News"a istinadən xəbər verir ki, layihəyə əsasən yeni tikiləcək evlərin pəncərələri qonşunun həyətinə, mətbəxinə, yataq otaxına baxmamalıdır.
Qonşunun həyətinə baxan pəncərərinin hündürlüyü elə olacaq ki, oradan baxdıqda insanları görmək mümkün olmasın.