"Slovakiya hakimiyyəti Ukrayna və Rusiya arasında sülh danışıqları üçün platforma yaratmağa hazırdır".
Teleqraf.com xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Katarina Rot-Nevedilova deyib.
“Mən bunu müsbət əlamət kimi düşünürəm. Rusiyanın atəşkəsə, danışıqlara başlamasına və sülh yolu axtarmağa hazır olması kimi qiymətləndirirəm. Biz ancaq buna dəstək ola bilərik”, - o bildirib.
Onun sözlərinə görə, Slovakiya prosesi asanlaşdırmağa və Ukraynadakı münaqişənin dayandırılmasına kömək etməyə hazırdır. O əlavə edib ki, ölkə həmişə tərəfləri danışıqlara və münaqişəni dayandırmağa çağırıb. Rot-Nevedalova vurğulayıb ki, Avropa İttifaqı bu məsələdə vasitəçi kimi çıxış etməlidir.