Ukrayna ordusu Donetsk vilayətinin Kuraxiv şəhəri daxilində mövqelərini saxlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Xortitsa” qoşun qrupunun sözçüsü Viktor Trequbov şəhərin Rusiya tərəfindən tam ələ keçirilməsi ilə bağlı məlumatı şərh edərkən bildirib.
“Kuraxiv şəhərində hələ də döyüşlər gedir. Şəhərin böyük bir hissəsi dağıdılıb”,- o qeyd edib.