15:17
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin şimalında, İordan çayının sahilində aparılan yeni arxeoloji tədqiqat ibtidai insanların qidalanma vərdişləri haqqında yeni məqamları üzə çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Phys.org məlumat yayıb.

Məlum olub ki, erkən ovçular ətdən daha çox bitkilərə üstünlük veriblər. Məşhur inancın əksinə olaraq, erkən hominidlərin pəhrizi təkcə heyvani zülallardan yox, həm də müxtəlif bitkilərdən, məsələn, taxıl, paxlalılar, dənli və su bitkilərindən ibarət olub.

Paleoantropoloqlar Qeşer Bnot Yakovda təxminən 780 min il yaşı olan bazalt alətlər üzərində nişasta izləri aşkar ediblər. İndiyədək ehtimal edilirdi ki, o dövrdə insanlar əsasən ətlə qidalanıblar. Çünki elm adamları o dövrə aid əsasən heyvan sümüklərini kəşf ediblər, bitki qalıqları isə qorunmur.

Müxtəlif alətlər üzərində nişasta izlərinin tapılması isə müasir insanların əcdadlarının müxtəlif bitkilərlə də qidalandıqlarını üzə çıxarıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər