2025-ci il Ermənistan üçün iqtisadiyyat və təhlükəsizliyin sonu və tənəzzülü ili kimi görünür.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müxalif Respublika Partiyası Gənclər Təşkilatının sədri Henrix Danielyan deyib.
“Paşinyan iqtidarı Ermənistan üçün yeni dağıdıcı gündəm təşəbbüslə çıxış edib: ağır nəticələrlə dolu olan Avropa İttifaqına (Aİ) üzvlük məsələsi. Ermənistan eyni vaxtda həm Aİ-nin, həm də Avrasiya İqtisadi Birliyinin (AİB) tamhüquqlu üzvü ola bilməz.
AİB ilə əlaqələrin azalması enerji və ərzaq məhsullarının qiymətlərinin kəskin artmasına, Ermənistan mallarının ixracının isə 80 faizə qədər azalmasına səbəb olacaq. Ermənistanın biznes sektorunun böyük hissəsi müflis olacaq və bütün bunların “yeganə uğur”u o olacaq ki, onlar Aİ-nin vizasız rejimi sayəsində, məsələn, Barselona və ya Neapolda iflas faktı ilə üzləşə biləcəklər”, - siyasətçi qeyd edib.
Xatırladaq ki, hökumət bundan əvvəl “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.