14:33
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü il Yakutskda meteoroloji müşahidələr tarixində yeddinci ən isti il olub, illik orta hava temperaturu normadan 1 dərəcə yüksək qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin aparıcı elmi işçisi Yuri Skaçkov məlumat verib.

Onun sözlərinə görə, bölgədə illik orta temperatur -8 dərəcə olsa da, ötən il bu rəqəm -7 olub.

Elm adamlarına görə, Yakutskda havanın isinməsinin səbəbi iqlim dəyişikliyi ilə bağlıdır.

Son illərdə dəyişən iqlim Rusiyanın ən soyuq bölgəsində daha çox hiss olunur. Yakutskın cənubunda yazın daha erkən gəlməsi, temperaturun normadan daha çox yüksəlməsi bu dəyişikliklərdən biridir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər