Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 12-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Suriya mövzusu üzrə beynəlxalq görüşdə Dəməşqə tətbiq olunan sanksiyaların ləğv edilməsinin zəruriliyini bildirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Suriyada sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara həsr olunacaq görüşdə nazir Hakan Fidan anti-Suriya sanksiyalarının əhatə dairəsinin genişləndirilməsi və onların aradan qaldırılmasına dəstək verəcək”, - məlumatda bildirilir.
Bundan əlavə, Türkiyə Xarici İşlər Nazirliyinin başçısı təsdiq etmək niyyətindədir ki, Suriyanın bərpası məqsədinə nail olmaqda mühüm məqam ərazi bütövlüyü və birlik prinsipinə riayət etməkdir.