"Qrenlandiya müstəqilliyi ilə bağlı qərar verəcək".
Teleqraf.com xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-nin yeni prezidenti Donald Trampla telefon danışığında deyib.
Qrenlandiya Nazirlər Kabinetinin sədri Mute Egedenin adanın satışa çıxarılmaması ilə bağlı bəyanatına istinad edən Baş nazir bildirib ki, müstəqillik qərarını Qrenlandiyanın özü verməlidir
Yanvarın 7-də Tramp bildirib ki, milli təhlükəsizliyi təmin etmək üçün Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır.