06:38
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikasının prezidenti Yun Sok Yol səhhəti səbəbindən növbəti dindirmələrdə iştirak edə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Yun Qap Qın açıqlama verib.

Vəkil bildirib: "Prezident Yun Sok Yol özünü pis hiss edir, o öz mövqeyini dünən bəyan edib, buna görə də onu təkrar dindirməyə ehtiyac yoxdur".

Daha əvvəl prezident on saatlıq dndirmənin gedişində ifadə verməkdən imtina etmişdi. Xatırladaq ki, prezident qiyamın təşkilində və vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər