Prezidentlik dövrünü başa vurmaqda olan Bayden hazırda vida nitqi söyləyir.
Teleqraf.com xəbər verir ki, Baydenin çıxışı Ağ evin "Yutub" səhifəsi ilə canlı yayımlanır.
O, çıxışında Ukraynanın azadlığını qoruyub saxlaya bildiyini deyib. Bayden vurğulayıb ki, Ukrayna, əvvəlki kimi, azad olaraq qalır. Bundan başqa, o, adminstrasiyasının Şimali Atlantik Alyansı ilə münasibətləri möhkəmləndirdiyini də nəzərə çatdırıb.