02:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

Co Bayden başda olmaqla, indiki ABŞ administrasiyası yeni prezident Donald Trampın komandasının anti-Rusiya sanksiyalarını qüvvədə saxlayacağına ümid edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

"Növbəti administrasiyanın nə edəcəyi və ya etməyəcəyi barədə danışmayacağam. Onlar öz qərarlarını verməli olacaqlar. Biz hesab edirik ki, tətbiq etdiyimiz sanksiyalar Rusiya iqtisadiyyatına onun döyüş maşınını maliyyələşdirmək imkanlarını müəyyən dərəcədə məhdudlaşdırıb. Ümid edirik ki, qərarlar qüvvədə olacaq”, deyə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər