01:24
12 Punto 14 Punto 16 Punto 18 Punto

Volodimir Zelenski ilə Donald Tramp arasında ABŞ-dəki andiçmə mərasimindən sonra keçiriləcək görüşə hazırlıq işləri görüıür.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tuskla keçirdiyi brifinqdə bildirib.

“Əlbəttə, inoqurasiyadan sonra. Artıq komandalarımız qarşıdan gələn görüşün məzmunu və formatı üzərində işləyir. Biz orada əsas məsələləri müzakirə edəcəyik, mən onlar haqqında ətraflı danışmayacağam - hələ tezdir”, - deyə dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna üçün prioritet müharibəyə ədalətli şərtlərlə son qoymaqdır. “Güclü təhlükəsizlik zəmanətləri almaq vacibdir. Bu gün isə strateji zəmanətlər arasında Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmaq, orduya silahla dəstək göstərmək daxildir”, - deyə o, qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər