01:13
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkilər 15 gündə 34 nəfərin ölümünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

"Son 48 saat ərzində saxta spirtli içkidən zəhərlənmə ilə bağlı 66 fakt qeydə alınıb. Zəhərlənənlərdən 34-ü dünyasını dəyişib, 32 nəfərin müalicəsi davam etdirilir", - məlumatda deyilir.

Bundan əlavə, faktla əlaqədar 6 nəfər saxlanılıb. Onlardan ikisi qəsdən adam öldürməyə cəhd ittihamı ilə həbs ediliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər