08:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə son telefon danışığında Yaxın Şərqdəki vəziyyəti, Rusiyanın Ukraynaya qarşı müharibəsini və Çinlə rəqabəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Katib ABŞ-Böyük Britaniya “xüsusi əlaqələri” vasitəsilə qurduqları yaxın tərəfdaşlığa görə Xarici İşlər Nazirinə təşəkkür etdi”, - Departamentin bəyanatında deyilir.

Qeyd olunur ki, Blinken ABŞ və Böyük Britaniyanın birgə işlərinin davam etdirilməsində Lemmiyə uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər