28 Yanvar 15:17
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan arasında sərhədlə bağlı məsələlər delimitasiya və demarkasiya prosesi çərçivəsində həll ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Yerkrapa” silahlı qruplaşmasının rəhbəri Sasun Mikayelyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla danışıqlar diplomatik fazaya daxil olub.

“Ağıllı olmalı və bu vəziyyətdən çıxmalıyıq, sızlamaqla, böyük danışmaqla yox. Nə edim, indi durub “Muşa, Samsuna, Ərdahana (Türkiyə şəhərləri – red.) gedək” deyim? İdeoloji cəhətdən ağıllı olmalıyıq ki, bu vəziyyət keçsin, artıq söz deməyək, danışıqlar gedir. Mən ölkəm üçün ehtiyatlıyam”, - Mikayelyan jurnalistin müvafiq sualına cavabında bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər