28 Yanvar 11:03
1 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sədri Alen Simonyan Baltikyanı ölkələrin parlamentariləri ilə İrəvanda qapalı görüşdə Rusiyanı sərt tənqid edib. Bu, hətta Baltikyanı ölkələrin nümayəndələri arasında çaşqınlıq yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Nəşr yazır ki, Simonyan Rusiyanı Ukrayna Prezidenti Volodimir Zelenskidən də sərt tənqid edib:

“Baltikyanı ölkələrdən birinin parlament nümayəndəsinin “Joqovurd”a dediyinə görə, Simonyan görüşdə bildirib ki, Rusiyanı əzmək, məğlub etmək və məhv etmək lazımdır, bu, həm Ermənistan, həm də Baltikyanı dövlətlərin xeyrinə olacaq. Spiker onu da əlavə edib ki, Rusiyanın dağılması Ermənistan və Baltikyanı ölkələr üçün yaxşı perspektivlər aça bilər.

Ermənistan parlamentinin sədrinin sözləri xarici siyasət dairələrində ziddiyyətli reaksiyalara səbəb olub, hətta Baltikyanı ölkələrin nümayəndələri belə öz çaşqınlıqlarını bildiriblər ki, Simonyan onlardan da çox anti-Rusiya mövqeyinə malikdir”.

Xatırladaq ki, Baltikyanı və Skandinaviya ölkələrinin parlament nümayəndələri yanvarın 23-də İrəvanda səfərdə olublar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər