"ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ala bilməyəcək".
Teleqraf.com xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen deyib.
“Tramp Qrenlandiyanı almayacaq. Qrenlandiya beynəlxalq hüququn subyektidir. Ada beynəlxalq hüquq və BMT Nizamnaməsi ilə qorunur ”, - XİN rəhbəri bildirib.
Rasmussen qeyd edib ki, istənilən halda adanın taleyini onun sakinləri müəyyən etməlidir.