İran xarici işlər naziri Abbas Əraqçi İsrail və ABŞ-yə Tehranın nüvə obyektlərinə hücum etməmək barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, iranlı nazir mümkün hücumlara yerindəcə cavab veriləcəyini bildirib.
“Açıq şəkildə bildiririk ki, nüvə obyektlərimizə edilən istənilən hücum dərhal və qətiyyətli cavabla üzləşəcək”, - Əraqçi deyib.
Həmçinin xarici işlər naziri İsrail və ABŞ-nin “bu çılğınlığı” edəcəyinə şübhə ilə yanaşır.
“İranın nüvə obyektlərinə hücum Yaxın Şərqi çox pis bir fəlakətə aparacaq”, - Əraqçi əlavə edib.